Şəbnəmlə qalmaqala görə Vəfanın işçisi saxlanıldı - VİDEO
Müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova "Cənnətim" adlı mahnıya görə növbəti dəfə dalaşıblar.
Vəfa bildirib ki, sözügedən mahnısı onun rəsmi "YouTube" kanalından Şəbnəmin əli ilə silinib və onun işçisi həbs edilib:
"Bizim mahnı davamızı hamınız bilirsiniz və məlumatlısınız. Bu günə kimi danışmamağa çalışdım. Davanın soyumasını istədim. Haqlı olduğum halda susdum. Amma siz üzdə olan davaları görürsünüz, efir-efir, qapı-qapı gəzən insanı görürsünüz. Amma arxada olanları bilmirsiniz. Nələrlə mən mücadilə və mübarizə apardığımı bilmirsiniz. "YouTube"daki kanalımı işlədən Nadir bəyi bir neçə gün əvvəl işlədiyi iş yerindən əlini-qolunu qatlayıb apardılar. Sanki o, böyük bir günah iş görüb. Qanusuz şəkildə onu apardılar və bu məsələ ilə bağlı biz səsimizi çıxarmadıq. Bu gün davamız olan "Cənnətimsən" adlı mahnım "YouTube" kanalımdan silinib və işçim ortada yoxdur".
Şərifova Tovuzluya xəbərdarlıq yollayıb:
"Şəbnəm Tovuzlu efirə çıxıb deyir ki, qayda, qanun, haqq var. Bəs, sən mənim işçim Nadiri apartdıranda bunları nəzərə almadın? "YouTube"da trenddə birinci olan mahnım silinib. Nadirin harada olduğunu da bilirəm. Onun Şəbnəm tərəfindən aparıldığını da bilirəm. Onun kimlər tərəfindən aparıldığını da bilirəm. Ad çəkmirəm bunu isə sizin ağsaqqalınıza olan hörmətimdən edirəm. Amma, hər dəqiqə ad da çəkə, müraciətimi də edə bilərəm və səsim inanın ki, çox tez eşidiləcək. Nadir əziyyəti və zəhməti ilə pul qazanan insandır. Nə qədər gec deyil, Nadiri buraxın getsin evinə. Şəbnəm Tovuzlu - sənin addımın heç düzgün addım olmadı. Bu dəfə səni əlimdən Hikmət də qurtara bilməyəcək. Dayan!".
Şəbnəm Vəfanın ittihamlarını yalanlayaraq sözügedən mahnının sahibinin özü olduğunu vurğulayıb:
"Vəfa deyir ki, mənim haqqıma giriblər və mənim yutub kanalımın idarə edən Nadir bəyi qanunsuz şəkildə işlədiyi yerdən aparıblar. Yalan söhbətdir. Bəli, "Cənnətimsən" mahnısını qanunsuz şəkildə öz adına çevirdiyinə görə və qanunsuz şəkildə yutub haqları ilə oynanıldığına görə, Xətai rayon Baş Polis İdarəsindən qanuni şəkildə Nadiri ofisindən aparıblar. Onlar zəng ediblər Nadirə, lakin o, polisə getməyib. Polislər qanuni şəkildə aparıblar. Orada ərizə alıblar və daha sonra Vəfa nə edibsə, Nadiri oradan çıxarıb. Amma sən Vəfa, bir şeyi nəzərdə saxla ki, burada haqsız sənsən. Mənim mahnım sənin "YouTube" kanalından ona görə silinib ki, mən 4 gün əvvəl lazımi dəlilləri onlara göndərmişəm. Onlar araşdırıblar və saxta yükləmə olduğunu üzə çıxarıblar. Biz indi bilirik ki, siz mahnını gizləməyə almısınız. O mahnının bir kiçik hissəsini "YouTube" kanalında paylaşsan belə önəm daşımır. Burada sənin şəxsiyyətinə artıq söz deyilmir, sadəcə bu mahnı ilə bağlı sən haqsızsan. Sən kimisə vurub əzmək istəyirsən. Sənin mahnını yutub "vurdu" vurdu. Nadir də qanuni şəkildə sənin işçin olaraq polislər tərəfindən aparıldı. Get araşdır, tap sonra danış. Günaha girmə, artıq danışma yoxsa sənin başın ağrıya bilər".
Daha sonra hava limanından video yayımlayan Vəfa Şəbnəmin dediklərinə belə cavab verib:
"Deyirsən ki, hər ikimizin oxuduğu "Cənnətimsən" mahnısının sahibi bəlli oldu, buna görə də, yutubdan silindi. Mahnının sahibi bəlli olacaq. Bu mahnının sahibinin kim olduğunu fakt və sübutlarla çıxaracağam ortalığa və hamı da bunu biləcək. Sənin maskan dəfələrlə cırılıb, bu dəfə də cırılacaq. Əgər mahnı sən tərəfindən silinsəydi, orada sənin adın qeyd olunardı ki, mahnıya şikayət gəlib və filan məsələyə görə bu nəğmə silinib. Amma mənim mahnıma yazılıb ki, mahnı sahibi tərəfindən silinib. Yutub kanalımı işlədənə məcburi sildirilib. Bu qədər qanunsuzluğu hara qədər edəcəksiniz?".
OXŞAR XƏBƏRLƏR