“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı - “S.O.S” fərqli təqdimatda
“Olivia” mağazalar şəbəkəsi öz müştərilərini sevindirərək gözəllik və özgüvən anlayışını tamamilə yenidən yazan bir kampaniyaya start verib. Şəbəkə “Yeni sezona hazır ol” kampaniyasının siması olaraq Azərbaycanın sevilən ulduzu Aygün Kazımova ilə birlikdə möhtəşəm bir layihəyə imza atıb.
Yalnız kampaniyanın deyil, bu sezon üçün brendin siması kimi çıxış edən pop-diva qüsursuz görüntüsü və ifası ilə reklam çarxına xüsusi rəng qatıb. Üstəlik, Aygün Kazımovanın hit mahnısı “S.O.S”-in açılışının brendə adaptasiyası da izləyicilər tərəfindən çox maraqla qarşılanıb. Belə ki, reklam çarxında Kazımova “Sən də Olivia-nı Seç” deyərək bütün sevənlərini onunla bir olmağa çağırır.
Qeyd edək ki, video-çarx cəmi bir həftə ərzində 1,5 milyondan çox izlənib. Üstəlik, Xalq artisti öz rəsmi sosial media hesablarında da bu barədə paylaşım edib, paylaşıma musiqinin yeni versiyası barədə maraqlı şərhlər də yazılıb.
Daha ətraflı məlumat və təkliflər üçün “Olivia”nın sosial şəbəkələrini izləyə bilərsiniz.
Xüsusilə “Olivia” üçün yenidən yazılmış “S.O.S” mahnısının yeni versiyası ilə buradan tanış ola bilərsiniz:
OXŞAR XƏBƏRLƏR