Xəzər TV-də "Doğuş şou" olacaq

"Xəzər" televiziyası tamaşaçıya yaxın günlərdə yeni layihə təqdim edəcək.
Müqaviləyə əsasən Doğuş "Xəzər" kanalında şou xarakterli veriliş aparacaq.
Proqramın adı "Doğuş şou" adlanır. Sözügedən veriliş yaxın vaxtlarda start götürəcək.
Qeyd edək ki, Doğuş "Xəzər" TV-də yayımlanan "Səni axtarıram" sosial-ictimai proqramın aparıcısı və layihə rəhbəri Xoşqədəm Baxşəliyevanın həyat yoldaşıdır.