Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Məleykə Əsədova xalqa qudurğan deyib?

Məleykə Əsədova xalqa qudurğan deyib?

Məleykə Əsədova xalqa qudurğan deyib?
2020-07-06 , 23:46

Bu gün Feysbuk sosial şəbəkəsindəki böyük səhifələrdə  tanınmış aktrisa, xalq artisti Məleykə Əsədovanın  guya Azərbaycan xalqını təhqir etməsinə dair paylaşımlar edilib. Statusu olduğu kimi təqdim edirik:

“Məleykə Əsədova: “Bizim Millətimiz çox qudurğan millətdir bilirsiz niyə? Çünki Cənab Ali Baş Kamandanmız gece gündüz çalışır vuruşur yollarımız pis gündə idi yollarımızı yeni asfaltlar çəkdirir binalarimiz bərbad idi yeni binalar tikdirdi maaşdar pensiyalar aşağa idi qaldırdı day Cənab Prezidentimiz bundan artiq neyləməlidirki?indide xəstəlikdi bu xəstəlik tək bizdə deyilki bütün dünyanı ağuşuna alıb bütün Dünya bununla mübarizə aparır bizdən ağır iş görməyimizi vəya neysə eləməyimizi istəmirlər ki Xalq olaraq Pandimeyya görə deyilər evdə qalıb xəstəliklərə qalib gələkdə”. 


İttihamlara sərt reaksiya verən xalq artisti “Sherg.az”a açıqlamasında hiddətini gizlədə bilmədi: “Mən belə ifadə işlətməmişəm. O yazıdan  xəbərim yoxdur. Harada yazmışam, kimin yanında demişəm? Ortaya fakt qoysunlar.  Bu, dezinformasiyadır.  Bunu yazan  mədəniyyətini, tərbiyəsini göstərib. Özü qudurğandır, ona görə elə yazıb. Görünür, çox savadsız, təhsilsiz insandır.  Onlar müxalifətdir! Millətimə, dövlətimə, torpağıma  həmişə hörmətlə yanaşmışam. Millətimi hər zaman uca tutmuşam.  Çünki xalqımın alqışları ilə bu yerlərə gəlib, Məleykə Əsədova olmuşam. Bilmirlər necə etsinlər, neynəsinlər, nə yazsınlar.  Məşhurların adından mənasız sözlər yazaraq gündəmə gəlmək istəyirlər. Artıq  dəli olublar.  Məni tanıyanlar bilir ki, həmin söz leksikonumda yoxdur. O ki, qala xalqımı belə adlandırım. Həyatımda elə cümlə qura bilmərəm. Maraqlıdır, haqsız şəkildə yazıb, böhtan atanda Allahdan qorxmurlar? Allah cəzalarını versin!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.