Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aynişan Kənandan niyə ayrılıb? - MARAQLI SƏBƏB-VİDEO

Aynişan Kənandan niyə ayrılıb? - MARAQLI SƏBƏB-VİDEO

Aynişan Kənandan niyə ayrılıb? - MARAQLI SƏBƏB-VİDEO
2020-08-10 , 15:03

Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyevanın həyat yoldaşı Kənan Əliyevi "Instagram"da izləmədən çıxarıb.

Barələrində boşanma iddiaları yayılan Aynişan-Kənan cütlüyünün analoji qərarından sonra Haşımovanın da bu addımı atması yayılan xəbərlərin həqiqətə yaxın olması barədə şübhələri artırıb.
Maraqlıdır ki, əməkdar artist də qızı kimi K.Əliyevlə olan fotoları hesabından silib. Əldə etdiyimiz məlumata görə, cütlük bir aydan artıqdır ki, ayrı yaşayır.
Onların münasibətlərinin qısqanclıq zəminində pozulduğu da iddialar sırasındadır. Sadəcə bu vaxta qədər hər iki tərəf xəbərin mediaya sızmamasına çalışıb.
Bildirilir ki, gəncləri barışdırmaq üçün məsələyə Aybəniz Haşımovanın böyük bacısı, Xalq artisti Şahnaz Haşımova da müdaxilə etməyə çalışsa da, tərəflər sənətkarın təklifindən imtina ediblər./Olke.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.