Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ədalət Şükürov: “Karantin heç kimə sərf etmir“-VİDEO

Ədalət Şükürov: “Karantin heç kimə sərf etmir“-VİDEO

Ədalət Şükürov: “Karantin heç kimə sərf etmir“-VİDEO
2020-08-11 , 08:10

Əməkdar artist Ədalət Şükürov karantindən bəhs edib. 

Xəzər telekanalında yayımlanan  "5/5" proqramında qonaq olan ifaçı əvvəllər koronavirusa inanmadığını etiraf edib:
"Karantin heç kimə sərf etmir. Sabah toylar açılsa, əminəm ki, toya qonaqlardan yarıdan çoxu gəlməyəcək. Hamı qorxacaq. Əvvəl mən də inanmırdım ki, virus var. Çox istəyərdim restoranlar açılsın. Amma qaydalara əməl edilməlidir. Ən az iki-üç ay maska, spirtlə gəzməliyik”.
O, toylar üçün darıxdığını bildirib:
“Mən də toylar üçün darıxmışam. Kim istəməz ki, şad gündə iştirak etsin. Müğənni dostlarım var, deyirik ki, adam lap istəyir pulsuz oxusun. Bizdə nə var üzdədir. Öz həyatımı yaşayan adamam, çətinliklər çox görmüşəm. Ömür çox qısadır, istəyirəm onu yaxşı keçirim. Çoxu deyir ki, övladıma ev, iş, elə-belə olsun... Həyatdır, uşaqlar işləyir. Proqramları var, işləsinlər özlərinə alsınlar. Mənə heç kim nəsə alıb verməyib".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.