Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Şəmkirin icra başçısının təşkil etdiyi məclis...”- qalmaqallı görüntülərlə bağlı AÇIQLAMA-VİDEO

“Şəmkirin icra başçısının təşkil etdiyi məclis...”- qalmaqallı görüntülərlə bağlı AÇIQLAMA-VİDEO

“Şəmkirin icra başçısının təşkil etdiyi məclis...”- qalmaqallı görüntülərlə bağlı AÇIQLAMA-VİDEO
2020-08-29 , 16:56

Bəzi xəbər saytları və sosial şəbəkədə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun kef məclisi təşkil etməsi ilə bağlı xəbərlər yayılıb. Xəbərlərdə həmin məclisdən çəkilən kiçik videogörüntü də paylaşılıb və iddia olunub ki, icra başçısı karantin qaydalarını pozaraq, içki məclisi təşkil edib.

Musavat.com-un rəsmi qaynaqlardan və icra başçısının yaxın ətrafından əldə etdiyi məlumata görə, həmin toplantı heç də eyş-işrət məclisi olmayıb. Əldə etdiyimiz məlumata görə, bu, ötən günlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimində iştirak edən yüksək rütbəli türk pilotları ilə birgə yemək mərasimi olub.
Qeyd edilib ki, bu, sadəcə olaraq kiçik bir toplantı, onlara göstərilən qonaqpərvərlik nümunəsidir: “Çox istərdik ki, media bu məsələni “kef məclisi” kimi təqdim etməsin. Çünki Türkiyə Silahlı Qüvvələrinin komandir heyəti Azərbaycana dəstəklərini nümayiş etdirmək üçün gəliblər. Onlara görə açılan kiçik məclisi yuxarıdakı adla təqdim etmək doğru sayılmaz”.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.