Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Meyxanaçı Kərimin səhhəti ağırlaşdı - OĞLUNDAN AÇIQLAMA

Meyxanaçı Kərimin səhhəti ağırlaşdı - OĞLUNDAN AÇIQLAMA

Meyxanaçı Kərimin səhhəti ağırlaşdı - OĞLUNDAN AÇIQLAMA
2020-09-01 , 12:18

“Atamın səhhətində irəliləyiş yoxdur. Əksinə vəziyyəti getdikcə pisləşir”.

Bunu Yenicag.az-a açıqlamasında meyxanaçı Kərimin oğlu Kamil səhhəti pisləşən atasından danışarkən deyib.
Kamil atasının həkim nəzarətində olduğunu bildirib:
“Atam 2017-ci ildə insult keçirəndən bəri müalicə olunur. Əvvəllər nisbətən yaxşı idi. Son bir neçə ay olar ki, vəziyyəti pisləşib. Dinib-danışmır. Ancaq yataqda olur, gəzə bilmir. Həkim nəzarəti altındadır. Həkimlərə dedim ki, xəstəxanaya gətirək, orada müalicə olunsun. Dedilər ki, heç bir fərqi olmayacaq, onsuz da eyni müalicələr olunur. Beynində zədələr var, irəliləyiş yoxdur. Ümid Allaha qalıb, əlimizdən heç nə gəlmir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.