Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aybəniz Haşımova ilk dəfə Aynişanın boşanmasından danışdı

Aybəniz Haşımova ilk dəfə Aynişanın boşanmasından danışdı

Aybəniz Haşımova ilk dəfə Aynişanın boşanmasından danışdı
2020-09-01 , 14:48

Əməkdar artist Aybəniz Haşımova Teleqraf.com-a müsahibə verib.


BiG.AZ xəbər verir ki, ifaçı ilk dəfə qızı Aynişanın boşanması ilə bağlı açıqlama verib:

- Aybəniz xanım, sosial şəbəkədə mətbəx səhifəsi açmısınız, səhifədə sizin yeməkləriniz nümayiş olunur. Bu haqda məlumat verə bilərsinizmi?

- Bir çox dostlarım xahiş edirdilər ki, belə bir səhifə açaq. Xanımlar də mənim yanımda olsunlar. Əl işlərimi nümayiş etdirmək istəyirdilər. Və əlbəttə, dolanmaq istəyirlər... Əgər mən onlara lazımamsa, köməyim dəyərsə, niyə də dəstək olmayım?..

Xanımların xahişi ilə uşaqlarımız bu səhifəni açdılar. Əlimdən nə gəlirsə, vasitəçi olmağa söz verdim. Mənim mətbəximdə nə hazırlanırsa, reseptini təqdim edəcəm. Amma özüm bişirməyəcəm. Yeməklər mənim reseptimlə hazırlanacaq. Yeməklər Azərbaycan mətbəxinə aid olacaq.

Mən mətbəximizə aid hazırladığım yeməklərə əlavələr edirəm, hamının bildiyi yemək reseptindən kənar... Mətbəximə qonaq olanlar yeməklərimi bəyənirlər. Ona görə də bunu məndən xahiş edirlər.

Ümumiyyətlə, qadın üçün mətbəx gözəldir. Fərq etməz, musiqi xadimisən, ya siyasətçi. Bu, hər bir xanımın sevdiyi bir işdir. Kiminsə vaxtı var, yemək hazırlaya bilir, kiminsə vaxtı çox olur, çatdıra bilmir.

- Gələcəkdə restoran açmağı düşünürsünüzmü?

- Şəxsən restoran açmağı çox arzulayıram. Dua edirəm, Allah hamımıza çoxlu ruzi versin. Çox istəyirəm, restoranım olsun. İstəyirəm ki, bişirdiyim yeməkdən dadsınlar və sonra qiymətini versinlər. Hazırladığım yeməklər məni sevənlərə maraqlıdır.

- Qızınız Aynişan Quliyeva da mağaza açmağa hazırlaşır.

- Bəli, hələ mağazanın açılış olmayıb. Pandemiya aradan qalxdıqdan sonra, inşallah, mağaza açılacaq. Aynişan balaca uşaq idi, rəssamlığa gedirdi. Həmişə deyirdi ki, məşhur rəssam, ya da modelyer olacaq. Balaca uşaq ikən paltarın modellərini çəkirdi. Hələ də həmin şəkillər durur. Onlara yeni dizayn verirdi. Baxıb deyirdim ki , Allah heç kimin balasının arzususunu ürəyində qoymasın. Hansısa atdığı addıma görə peşman etməsin.

Həyat çox mürəkkəbdir, bilmirsən ki, beş dəqiqədən sonra səni nə gözləyir. Heç kəs heç nədən sırğortalanmayıb.
Əgər insan ölümdən belə sığortalanmayıbsa, deməli, heç nədən sığortlanmayıb... Heç bir gənc nöqtə boyda belə qəmgin olmasın.

Həmişə tələbələrimə də deyirəm ki, gülümsəyin. Adam çox da dərinə gedə və kənar suallar verə bilmir. İnsanın elə dərdi var ki, yalnız özünə aiddir. Ona görə həmişə dua edirəm ki, Allahım, gənclərimizi xoşbəxt elə. Özüm çox əziyyət çəkdim. Müharibə dövrünə düşdüm və acılar yaşadım. Xoşbəxtliyi, səadəti yalnız xəyallarımdan keçirdim.

Təki vətən, millətim sağ olsun. Deməli, mənim də taleyimə belə zirvə yazılıb. Mən bununla fəxr edirəm, qürurvericidir. Allah heç bir gəncin ömrünü və xoşbəxtliyini yarıda qoymasın.

- Bir müddət əvvəl Aynişan Quliyevanın həyat yoldaşından ayrılması haqda xəbərlər yayıldı.

- Hər bir ailədə çox şeylər olur. Allaha daha betərindən qorusun. Təki Allah sonlarını yaxşı eləsin. Ona görə də dua edək və bundan sonra elə şeylər yaşatmasın, inşallah!.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.