Yenilik.Az
www.YENILIK.Az » Maqazin » “Onlar əxlaqsız, şərəfsiz, mədəniyyətsiz insanlardır” - Ədalət Şükürov “od püskürdü”

“Onlar əxlaqsız, şərəfsiz, mədəniyyətsiz insanlardır” - Ədalət Şükürov “od püskürdü”

“Onlar əxlaqsız, şərəfsiz, mədəniyyətsiz insanlardır” - Ədalət Şükürov “od püskürdü”
2020-01-16 , 15:28

Əməkdar artist Ədalət Şükürov “Show news” verilişinin növbəti müsahibi olub.
“Yeni Sabah” xəbər verir ki, müğənni onu tənqid edənəri hədəf alıb. O, bildirib ki, sosial şəbəkələrdə bilib-bilmədən, yerli-yersiz hər kəsin fotosunun altında rəylər yazırlar:

“Bu yaxınlarda şəkil paylaşmışdım. Ayaqqabı geyinmişdim və plombu üzərində qalmışdı. Dünyaca məşhur brendlər var ki, onu plombla bərabər geyinməlisən. Plombu çıxardınsa, o sayılmır. Bunu da görən izləyicilərin əksəriyyəti yazmışdı ki, "etiket üzərində qalıb", "buna bax, ayaqqabının etiketini çıxarmayıb". Onlar onu bilmirlər, maraqlanmırlar ki, belə bir şirkət var. Mən elə məlumatsız insanlara nə deyə bilərəm? İnsan bir maraqlansın, sonra fikir bildirsin. Başqa bir məsələ isə lazımsız instagram səhifələridir. Hansılar ki, səhər tezdən axşama kimi neqativ məlumat yayırlar. Belə səhifələri işlədənlər isə əxlaqsız, şərəfsiz, mədəniyyətsiz insanlardır".Xatırladaq ki, bir müddət əvvəl Ə.Şükürovun ayaqqabısından etiketi çıxarmamış foto paylaşması müzakirələrə səbəb olmuşdu. Hətta müğənnini “görməmişlikdə” ittiham edənlər də olmuşdu.

Qeyd edək ki, sənətçinin ayaqqabıdan etiketi çıxarmaması dəbdir və Zip-tie” adlanır. Bundan daha çox “Nike” markası ayaqqabılarında istifadə edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.