Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Onu makiyajsız gördüm, 3 gün özümə gələ bilmədim” - Xatun kimin “bostanına daş atdı”?

“Onu makiyajsız gördüm, 3 gün özümə gələ bilmədim” - Xatun kimin “bostanına daş atdı”?

“Onu makiyajsız gördüm, 3 gün özümə gələ bilmədim” - Xatun kimin “bostanına daş atdı”?
2020-01-16 , 18:06

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi Xatun Əliyeva olub.

“Yeni Sabah” xəbər verir ki, müğənni çox bəyəndiyi həmkarını makiyajsız görüb şoka düşdüyünü etiraf edib:

“Onu özümdən, hamıdan gözəl hesab edirdim. Bir dəfə onu makiyajsız gördüm, 3 gün özümə gələ bilmədim. Makiyaj insanı nə qədər dəyişə bilər?! Rəzalət! Onu Beyonsdan, Cenifer Lopezdən, hətta Monika Belluçidən də gözəl hesab edirdim”.İfaçı həmçinin heç kimin adını çəkmədən işlətdiyi sözlərə həmkarlarının efirdən münasibət bildirməyindən də danışıb

“Mən çıxıb müəyyən mövzu ilə əlaqədar ad çəkmədən kiməsə söz atıram. Biri də çıxıb mənim dediklərimə cavab verir. Mənimlə polemikaya girir. Adını çəkməmişəm ki, özünü niyə ortaya atırsan? Demək reklam istəyirsən. Məsələn, bu yaxınlarda Günay İbrahimli çıxıb əməliyyat edənlərlə bağlı pafoslu çıxış etdi. İndi mən də çıxıb deməliyəm ki, Günay mənə söz atırsan? Adımı çəkməyib ki. Öz fikrini bildirib”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.