Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Azərbaycanlı ulduz Sabunçu xəstəxanasını biabır etdi

Azərbaycanlı ulduz Sabunçu xəstəxanasını biabır etdi

Azərbaycanlı ulduz Sabunçu xəstəxanasını biabır etdi
2020-09-10 , 17:47

Azərbaycanın “Eurovision 2011” qalibi Nigar Camalın Sabunçu xəstəxanası ilə bağlı paylaşımı marağa səbəb olub. 

BAKU.WS-in məlumatına görə, ifaçı 3 saylı Şəhər Klinik Xəstəxanası ilə bağlı "İnstagram" hesabında paylaşım edib. O, fotonu ancaq "gecəniz xeyrə qalsın" şərhi ilə yerləşdirib. Fotoda ayağı qolunun yerinə tikilmiş qız əks edilib və "Buyurun gəlin, ən yaxşı cərrahlar bizim xəstəxanadadır", - deyə qeyd edilib.  
Müğənninin onlarla izləyicisi də adıçəkilən xəstəxananın yarıtmaz fəaliyyət göstərdiyini, normal xidmətlərlə qarşılaşmağın mümkün olmadığını deyərək ona dəstək veriblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.