Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Meyxanaçı Samirəyə “Əməkdar artist” adını kim verib? - ARAŞDIRMA

Meyxanaçı Samirəyə “Əməkdar artist” adını kim verib? - ARAŞDIRMA

Meyxanaçı Samirəyə “Əməkdar artist” adını kim verib? - ARAŞDIRMA
2020-01-18 , 13:17

Meyxanaçı Samirə kimi tanınan Samirə Yusifqızı əməkdar artist deyil. O, nə Azərbaycanın, nə də Naxçıvanın hər hansı fəxri adına layiq görülməyib.



Bu barədə AFN-in araşdırması zamanı məlum olub. Belə ki, saytın əməkdaşı yanvarın 8-də Bakıda keçirilən toyların birində tamadanın Samirə Yusifqızını məclisə “əməkdar artist” deyə təqdim etdiyinin şahidi olub. Tamadadan Samirə xanımın nə vaxtdan əməkdar artist olduğunu soruşan jurnalist qəribə cavab alıb. Məlum olub ki, müğənni özü belə təqdim edilməsini istəyib. Həmin məclisdə müğənninin özünə yaxınlaşan jurnalist onun özünə də eyni sualı verib. O isə cavabında bildirib ki, fəxri adı ona Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov verib: “Samirə xanım müvafiq sənədələri mənə təqdim edəcəyini bildirsə də sonradan bunu etmədi. Mən Naxçıvan MR Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb onun əməkdar artist adı alıb-almaması ilə maraqlandım. Bu gün sorğumla əlaqədar olaraq MR Mədəniyyət Nazirliyinin İncəsənət və Təhsil Müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev AFN-ə məlumat verərək bildirdi ki, araşdırma aparılıb. Məlum olub ki, S.Yusifqızına fəxri ad verilməsi ilə bağlı Naxçıvan MN-də məlumat yoxdur. Bu isə o deməkdir ki, müğənniyə Naxçıvanda da belə bir fəxri ad verilməyib”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.