Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Uşaqlarım da məni ciddi qəbul etmir" - Emin Ağalarov

"Uşaqlarım da məni ciddi qəbul etmir" - Emin Ağalarov

"Uşaqlarım da məni ciddi qəbul etmir" - Emin Ağalarov
2020-09-18 , 15:55

“Pul, gəlir yoxdur. Yeni layihələr üçün də məcbursan borc götürəsən. Elə bu verilişə gəlməzdən əvvəl yeni kredit müqaviləsi imzaladım”.

Bu sözləri Xalq artisti Emin Ağalarov “Jara TV”də qonaq olarkən deyib.
O, pandemiya ərəfəsində gəlirin azalmasından gileylənib.
Müğənni kreditə üz tutduğunu etiraf edib.
Emin aparıcının “Subay olmaq necədir? Qızların hücumuna məruz qalırsan” sualına “Ən qəribəsi isə yol gedəndə kiminsə qolundan yapşmasıdır” cavabını verib.
“Tik-tok”da özünə səhifə açmasına münasibət bildiribən Ağalarov övladlarının ona etirazını açıqlayıb:
“Özüm “Tik-tok”u yoxlamaq istədim. Videom milyon baxış topladı. Oğlumla maşınla gedirəm, dedi ki, “Tik-tok” açmısan? deyirəm, bəli. Qayıtdı ki, çox baxılan videon, bilirəm, milyon baxış toplayıb, amma qeyri-ciddidir. Deyirəm, nəyi bəyənmədin? Deyir, orada suallara cavab verirsən, ciddi deyil. Başa düşdüm ki, uşaqlarım da məni ciddi qəbul etmir”. Axsam.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.