Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Zülfiyyə Xanbabayeva ilk dəfə əri ilə şəklini paylaşdı - Foto

Zülfiyyə Xanbabayeva ilk dəfə əri ilə şəklini paylaşdı - Foto

Zülfiyyə Xanbabayeva ilk dəfə əri ilə şəklini paylaşdı - Foto
2020-01-21 , 12:18

Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədə həyat yoldaşı ilə fotolarını paylaşıb.

“Yeni Sabah” xəbər verir ki, xanım sənətçi həyat yoldaşının doğum gününü təbrik edib və ona təşəkkür edib:“22 il bir göz qırpımında keçdi. Bu illərimin dostu, sirdaşı! Məni bir qadın və bir ana kimi xoşbəxt edən həyatımın yoldaşı. Ad günün mübarək!”

Şəxsi həyatı barədə mətbuata heç bir açıqlama verməyən Xanbabayevanın bu paylaşımı sosial şəbəkələrdə maraq doğurub.

Qeyd edək ki, sənətçi "Simurq" futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir. Cütlüyün Dəniz adlı bir qızı var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.