Aqşin Fateh çağırış etdi: “Kimin əlindən nə gəlirsə...”

Bu gün hər kəs ön cəbhəyə yardım etməyə çalışır.
Yardıma meyxanaçı Aqşin Fateh də qoşulub. Sosial şəbəkə hesabında bu barədə paylaşım edən meyxanaçı həm ön cəbhədə, həm də arxa cəbhədə insanları səfərbər olmağa səsləyib:
"Kimsə yardım etmək istəsə, bizə qoşula bilər. Biz həm ön cəbhədə, həm də arxa cəbhədə səfərbər olmalıyıq. Kimin əlindən nə gəlirsə, çalışıb ordumuza dəstək olmalıyıq. Allah hamınızdan razı olsun, kim nə göndərirsə, hamısını əlbəəl hərbi hissədə əsgərlərə təhvil veririk".
Həmin görüntüləri təqdim edirik: