Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Vur, komandir, vur" deyən "vətənpərvər" müğənnimiz niyə SUSDU?

"Vur, komandir, vur" deyən "vətənpərvər" müğənnimiz niyə SUSDU?

"Vur, komandir, vur" deyən "vətənpərvər" müğənnimiz niyə SUSDU?
2020-10-13 , 13:46

Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Gəncə şəhərinin Ermənistan ordusu tərəfindən raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla, 10 nəfər həlak olub, aralarında uşaqlar da olmaqla 35 nəfər yaralanıb.


BiG.AZ xəbər verir ki, sözügedən hadisə hər birimiz üçün çox sarsıdıcı oldu. Əlimizdən ancaq sosial şəbəkələrdə erməni vəhşiliyini paylaşıb səsimizi geniş miqyasa çatdırmaq gəlir. Bu işdə isə daha çox məşhurlarımız yəni sosial media hesabında minlərlə, milyonlarla izləyiciyə sahib olanlar fəal olmalıdırlar.

Əksəriyyəti ölkəmizdə baş verən faciəni ictimaiyyətə çatdırmağa çalışsa da bəziləri bunu sadəcə mahnı ifa etməklə və ya instaqram hesabının 24 saatlıq aktiv olan hekayə bölümündə paylaşmaqla edir.


Belə müğənnilərimizdən biri də Damladır. Damla özü hərbçi ailəsində doğulsa da, polkovnik-leytenant qızı olsa da Gəncə terorrunu sadəcə instaqramın hekayə bölümündə paylaşmaqla kifayətlənib.

İyul döyüşlərindən sonra "Vur, komandir, vur" mahnısını oxuyan Damla nə yazıq ki, "vətənpərvər"liyini sadəcə mahnı ifa etməklə göstərir.

Qeyd edək ki, Damla instaqramda 2,4 milyon izləyiciyə sahibdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.