Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Şəbnəm Tovuzlu Azərbaycan bayrağına HÖRMƏTSİZLİK ETDİ - FOTO

Şəbnəm Tovuzlu Azərbaycan bayrağına HÖRMƏTSİZLİK ETDİ - FOTO

Şəbnəm Tovuzlu Azərbaycan bayrağına HÖRMƏTSİZLİK ETDİ - FOTO
2020-10-14 , 13:26

Bəli, bu gün şücaətli ordumuz canı bahasına olsa da, erməni işğalında olan torpaqlarımızı addım-addım azad edir.Özü də qəhrəmanlıqla, igidliklə və mərdliklə.


BiG.AZ xəbər verir ki, qəhrəman ,qorxmaz ordumuzun hesabına üçrəngli bayrağımız da, işğaldan azad olunan torpaqlarımızda dalğalanır.

Üçrəngli bayraq demişkən, maraqlıdır görəsən o qədərmi savadsız olmalısan ki, bayrağının rəngini belə tanımayasan və ya tanıyıb da, səhv çəkdirəsən?

Ələlxüsus da Tovuzdan olan birinin bunu etməsi daha gülüncdür.

Təbii ki, söhbət doğulduğu torpağın adı ilə məşhurlaşan Şəbnəm Tovuzludan gedir.

Məşhur üzünə bayraq çəkdirərək, fotosessiya etdirib. Şəkildən də gördüyünüz kimi bayrağımızda türkçülüyün rəmzi olan mavi rəng əvəzinə, tünd bənövşəyi rəng çəkdirib.

Gözlə görünən kəndə bələdçi lazım deyil. Şərhi sizə buraxırıq. Amma Şəbnəm Tovuzlu üçün qısa bir xatırlatma:

Hörmətli Şəbnəm xanım, daha heç yerdə axtarmayın bayrağmız haqqında məlumatı. Buyurun bu da sizin üçün məlumat:


Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır.

Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni ifadə edir.

Yaşıl rəng – islam sivilizasiyasına , islam dininə mənsubluğu ifadə edir.

Qeyd edək ki, sizin mövzu ilə bağlı fikirlərinizi işıqlandırmağa hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.