Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Yelena Sidorenko efirdə KÖVRƏLDİ - Qızım hər gün soruşur ki, atam hanı? - VİDEO

Yelena Sidorenko efirdə KÖVRƏLDİ - Qızım hər gün soruşur ki, atam hanı? - VİDEO

Yelena Sidorenko efirdə KÖVRƏLDİ - Qızım hər gün soruşur ki, atam hanı? - VİDEO
2020-10-14 , 14:10

Aparıcı Yelena Sidorenko Xəzər TV-də yayımlanan “Vaxtı gəldi” proqramında cəbhədə olan həyat yoldaşından danışıb.

Sidorenko efirdə göz yaşlarına hakim ola bilməyib. O bildirib ki, artıq bir neçə həftədir həyat yoldaşı cəbhədə xidmət edir:
“Artıq bir neçə həftədir ki, hərbi formada olan istənilən adamı görəndə dayana bilmirəm. Ona görə ki, yoldaşım, hər kəsin qardaşı, atası, oğlu cəbhədədir.
Ona görə yox ki, biz onlardan ötrü qorxuruq. Allah onları özü qoruyur. Allah kiməsə imkan verir ki, o, şəhidlik zirvəsinə ucalsın, bundan gözəl nə ola bilər?
Təbii ki, çətindir, darıxırıq, həssasıq. Qızım körpədir. Hər gün soruşur ki, atam hanı? Məni niyə qucağına almır? Qapını döyəndə eşidirəm qışqırır ki, atam gəlib.''
Həssas müzakirənin görüntüsünü təqdim edirik: 


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.