Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü FOTO

Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü FOTO

Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü FOTO
2020-10-25 , 17:40

Əməkdar artist Mətanət İskəndərli ötən gün Türkiyənin İstanbul şəhərində yerləşən “İst-Baku” restoranında konsert proqramı ilə çıxış edib. Azərbaycanın Vətən müharibəsi apardığı bir ərəfədə müğənninin belə bir addım atması hər kəs tərəfindən sərt reaksiya ilə qarşılanıb.


Musavat.com bildirir ki, konsertin iki gün, yəni 24-25 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. Müğənni konsertinin ilk günündəcə ictimaiyyətin sərt tənqidləri ilə üzləşib. Sosial şəbəkələrdə çoxlu sayda izləyicilər “Artistlik edib “İnstagram”da şəkillər paylaşırsan, özün isə restoranda konsert verirsən...!”, “Bir-iki manata görə nə şəhid bildin, nə də vətən” və sairə bu kimi şərhlər yazıblar.

Çoxlsaylı tənqidlərdən sonra adı çəkilən restoranın “İnstagram” səhifəsindən konsertlə bağlı anons və paylaşımlar silinib.

Məsələyə tanınmışlar da reaksiya veriblər. Tarix Əliyev (Tolik) bu barədə sosial şəbəkədə aşağıdakıları qeyd edib:
“Bu nə biabırçılıqdır?! Istanbulda konsert vermək nədir, özü də 2 günlük? Bu ölkədə şəhid xəbəri alırıq! Türkiyədə müharibə olsaydı konsert verə bilərdiniz? Bəs hər gün videolarla xalqa yalandan təsəlli vermək nədir? Ayıb olsun!”

https://aydinliq.az/maqazin/4357-metanet-skenderli-turkiyede-konsert-verdi-rezil-duruma-dushdu-foto.html

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.