Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Kamran Həsənlidən yerli telekanallara sərt ittiham: “Gəncə hadisələri zamanı...“

Kamran Həsənlidən yerli telekanallara sərt ittiham: “Gəncə hadisələri zamanı...“

Kamran Həsənlidən yerli telekanallara sərt ittiham: “Gəncə hadisələri zamanı...“
2020-10-30 , 17:58

Bu gün cəmiyyətin müzakirə etdiyi məsələlərdən biri də ölkənin əsas informasiya siyasətini həyata keçirən və əhalinin əsas məlumat mənbəyi olan televiziya kanallarının fəaliyyətidir. Bu dövrdə bəzi televiziya kanalları fərqlənsə də, ümumilikdə yayım siyasəti ilə cəmiyyətdə qıcıq doğuranlar da oldu.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan teleaparıcı Kamran Həsənli yerli telekanalların müharibə dövründə günün nəbzini tuta bilmədiyini  bildirib:
“Bizim televiziyalar müharibə dövründə də geri qaldılar. Hər şey göz qabağındadır. Tok-şouların maraqsız olması öz yerində, Gəncə hadisələrində də bunun bir daha şahidi olduq, biz hamımız Türkiyəyə baxırdıq. Gəncə hadisələrini türk kanallarından öyrəndik. Birinci dəfə ümumiyyətlə, canlı yayıma çıxa bilmədilər. İkinci dəfə də sınıq-salxaq, bir saat sonra güclə yayıma çıxa bildilər. Yerlərdən olan müxbirlər professional deyillər, yerindən birbaşa verilən reportajlar o qədər də maraqlı deyil. Hələ ki, televiziya dəyişilməyə vaxt tapmayıb. Məncə, müharibədən sonra tamamilə dəyişilməlidir. İnsanlarımız müharibə dövründə siyasi, iqtisadi, ümumiyyətlə, hər məqamda birləşdilər, hamının bir amalı oldu, amma televiziyalar elə həminki kimi xalq tərəfindən tənqid olunur”.
Aparıcı müharibədən sonra telekanallarda köklü islahatlar aparmaq lazım olduğunu qeyd edib:
“Televiziyalarda çox böyük islahatlar getməlidir. Kanal rəhbərliyinə peşəkar, əqidəsi olan, milli düşüncəli insanlar gətirilməlidir. Üstəlik keçmiş əttökən, yalançı, yaltaq kontent aradan götürülməlidir. Televiziya xalqa yaxın olub, həqiqəti sözləməlidir. Bax onda maraqlı və baxımlı informasiya resursu olacaqlar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.