Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Eldar Qasımov “McDonald's”ı müdafiə etdi-VIDEO

Eldar Qasımov “McDonald's”ı müdafiə etdi-VIDEO

Eldar Qasımov “McDonald's”ı müdafiə etdi-VIDEO
2020-11-01 , 00:03

Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov "McDonald's" restoranlar şəbəkəsini boykot edənlərə etiraz edib.


Bu barədə danışan sənətçi bu mövzunu yığışmağı tələb edib:

"Bu brendlər ölkəmizdə çoxsaylı müqavilə əsasında çalışır. Yığışdırın bu mövzunu, bu mövzu aktiv sosial media istifadəçiləri üçün önəmli deyil. "McDonald's" restoranlar şəbəkəsi nə olursa olsun siyası mövzulara girişməməli idi. Amma onlar bizim üçün paylaşıb, vətəndaş mövqeyini nümayiş etdiriblər. Bu şirkətlər neçə dəfə xeyirxah aksiya keçiriblər. Neçə-neçə başsız ailələrə kömək ediblər. Şirkətin nə mənə nə də dostlarıma aidiyyatı yoxdur. Amma cəmiyyətimizi iki yerə bölən bu fikirlərlə düşmənlərimizi sevindirməyək”.

Onun bu fikirləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bir müddət əvvəl “McDonald's”ın Azərbaycandakı rəsmi səhifəsi “Qarabağ Azərbaycandır” – deyə paylaşım etsə də ermənilərin boykotundan sonra postu silib. Paylaşımı sildikdən sonra açıqlama verən şirkət siyasətə qarışmadığını, əsas amallarının insanları qida ilə təmin etmək olduğunu bildirib./Yenisabah.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.