Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Anam Şuşadan torpaq götürmək istəyəndə qoymadım...“ - Əməkdar artist

“Anam Şuşadan torpaq götürmək istəyəndə qoymadım...“ - Əməkdar artist

“Anam Şuşadan torpaq götürmək istəyəndə qoymadım...“ - Əməkdar artist
2020-11-04 , 17:50

“Sonuncu dəfə 1989-cu ildə anamı Şuşaya istirahətə aparmışdım. Birdən o, Cıdır düzündə əyilib yerdən üzərində bənövşə bitən torpağı götürmək istədi. Lakin mən qoymadım”.

Bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva efirlərin birində qonaq olarkən deyib.
Sənətçi doğulduğu Şuşa şəhəri barədə xatirələrini bölüşüb:
“İnsan ilk dəfə harada ayaq açıb yeriyirsə, o torpaq mütləq onu çəkir. Mən Şuşada doğulmuşam. Şuşa mənim qəlbim və nəfəsimdir. O vaxt anam Şuşadan torpaq götürmək istəyəndə qoymadım "Səni gələn il də bura gətirəcəyəm". "Torpağı niyə götürürsən?" sualını verəndə isə, o mənə bu torpaqda uşaqlığını və gəncliyini axtardığını bildirdi. Şuşa mənim hər şeyimdir. Ora ilə bağlı xatirələrim çoxdur. İnşallah, mənə o torpağı bir də görmək nəsib olar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.