Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Ayıb olsun, mən ölçü götürəcəyəm, qayda-qanun var..." - Məşhur müğənni ƏSƏBİLƏŞDİ

"Ayıb olsun, mən ölçü götürəcəyəm, qayda-qanun var..." - Məşhur müğənni ƏSƏBİLƏŞDİ

"Ayıb olsun, mən ölçü götürəcəyəm, qayda-qanun var..." - Məşhur müğənni ƏSƏBİLƏŞDİ
2020-11-06 , 17:09

Sosial şəbəkələrdə müğənni Mətanət Əsədova haqqında əsassız informasiya yayılıb.

Yayılan məlumata əsasən, adı çəkilməyən jurnalistin "Siz orduya dəstək üçün pul köçürmüsünüzmü?" sualına belə cavab verib: "Mən aylardır toya getmirəm, məndə pul hardandır, orduya köçürüm?! Mən göyçaylıyam, qarabağlı deyiləm ki, pul köçürüm və deyim ki, nə vaxtsa gedib Qarabağda yaşayacağam. Mən kimdənsə xahiş etməmişəm ki, get, könüllü yazıl, get vuruş, ailən də başsız qalsın."
Ümumiyyətlə bu və ya bunun kimi yayılan əsassız xəbərləri fakta əsaslanmadan, qarşı tərəfin fikiri olamadan vermək qeyri-peşəkarlıqdan xəbər verir. BiG.AZ olaraq bu xəbəri dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxladıq.
Mətanət Əsədovaya yayılan məlumatların yalan olduğunu bildirib:
"Mən şokdayam. Əvvəla, mənə heç bir sayt zəng etməyib. Mənə heç bu barədə sual verən də olmayıb.
Bütün Azərbaycan qarabağlıdır. Qarabağ bizim qanımızdır, canımızdır, torpağımızdır. Orada şəhid olanlar mənim şəhidlərimidir. Orada döyüşən atalar, qardaşlar mənimdir, gözü yaşlı qalan analar, bacılar mənimdir.
O sözü deyən adam müsəlman ola bilməz! Mən xalqımı, torpağımı sevirəm, hədsiz dərəcədə Vətənimə bağlıyam. Vətənimi canımdan artıq sevirəm, xalqımı sevirəm, Prezidentimi sevirəm. Mən azərbaycanlıyam və Vətənim mənim üçün hər şeydən üstündür.
Mən elə belə yersiz söz-söhbətlərdən bezib, kənara çəkildim. Sənətim bir yana qaldı, başladılar başqa xəbərlərlə reytinq yığmağa.
Ayıb olsun, mən ölçü götürəcəyəm. Qayda var, qanun var. Adımdan o yazını yazanlar haqqında ciddi tədbir görüləcək.
Bu söz-söhbət indi heç kimə lazım deyil. İndi hamımızın fikiri Qarabağımızdadır. Gözü yolda qalanlarımız, şəhid qarşılayan nişanlı qızlarımız, xonçası yarıda qalanlarımız var. Bizə düşmən baxır, özümüz özümüzə düşmən kəsilməyək!
Mən 30 ilimi xalqıma qurban verən sənətkaram. Uşaq deyiləm ki, haqqımda bu boyda şayiə yayılsın! Mənim səhətimdə problem var.
Allah görür, qorxun Allahdan! Müğənnilər sizə nə edib?! Nə istəyiriz onlardan?!
Başa düşmürlər ki, bir səhv yazı bir insanın həyatını məhv edir. Allahdan qorxun!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.