Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Şuşaya birinci mən gedəcəm“ - Baloğlan Əşrəfov (VİDEO)

“Şuşaya birinci mən gedəcəm“ - Baloğlan Əşrəfov (VİDEO)

“Şuşaya birinci mən gedəcəm“ - Baloğlan Əşrəfov (VİDEO)
2020-11-06 , 17:22

“Hamıya demişəm ki, Şuşaya gediş-gəliş olandan sonra birinci mən gedəcəm. Bu günlərdə bizim sənət adamları qürur hissi ilə mahnılar oxuyurlar”.

Bu sözləri sherg.az-a açıqlamasında Əməkdar artist Baloğlan Əşrəfov deyib.
Sənətçi zəfərlərimizin onu necə fərəhləndirdiyindən danışıb:
“Ərazilərimiz uzun illərdən sonra erməni quldurlarından qurtulur. Ona görə əsgərlərimizə baxırıq, fəxr edirik. İnanın, qohum-əqrabalarımdan şəhid olanlar var. Dayım oğlu da şəhadət şərbəti içdi. Ondan başqa qohumlar, tanışlar da həmçinin. Lakin xüsusi olaraq vurğulayım ki, Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində torpaqlarımızın hamısı işğaldan azad olunacaq. Hələ o vaxtı Şuşaya səfər etmişdim. Atam orada istirahət edirdi. Mən də onun yanına getmişdim. O zaman Şuşaya, onun torpağına vurulmuşdum, heyran qalmışdım. Sonra düşünüb, təəssüflənirdim ki, belə bir şəhərimiz işğal olunub. Deyirdim görəsən bir də gedə biləcəmmi oralara? İndi şükür ədalət öz yerini tapır. Allah bu yolda şəhid olan oğullarımızın ruhunu şad eləsin. Hər birinin qarşısında baş əyirəm. Döyüşən igidlərimizin səs-soraqları gəldikcə fərəhlənirəm. Fəxr edirəm ki, mən də Azərbaycan xalqının bir nümayəndəsiyəm. Və millətim əzəli torpaqlarını işğaldan azad edir. Mən də o böyük qələbə gününü görəcəm .Çox istəyirəm ki, Qarabağa səfər edim”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.