Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aybəniz Haşımova Manaf Ağayevdən yazdı: “Çox utandım...“

Aybəniz Haşımova Manaf Ağayevdən yazdı: “Çox utandım...“

Aybəniz Haşımova Manaf Ağayevdən yazdı: “Çox utandım...“
2020-11-27 , 14:17

Əməkdar artist Aybəniz Haşımova həmkarı Manaf Ağayevə dəstək olub.

Yenisaba​​​​h.az xəbər verir ki, M.Ağayev və ailəsinin koronavirusa yoluxduğunu öyrənən Haşımova onların yanında ola bilmədiyi üçün utandığını qeyd edib.

“Əziz və çox vəfalı, dəyərli qardaşım Manaf Ağayev haqda xəbər verdilər ki, ailəsi ilə birgə COVİD-19 -a yoluxubmuş. Çox utandım, gec bildiyim üçün və sizin yanınızda ola bilmədiyimçün. Çünki Manaf bəy mənim həmişə, hər günümdə bir telefon zəngi qədər yanımda olub. Mənə əsl qardaş olub, dağ kimi söykənə biləcəyim qədər mənə güvən verib. Allah sizi qorusun, mərd insan! Heç vaxt xəstələnməyin! Sizi çox sevirəm və Allahdan sizə can sağlığı, uzun ömür arzu edirəm”.
Xatırladaq ki, bir neçə gün öncə müğənni və həyat yoldaşı Fərqanə Ağayevada COVİD-19 aşkarlanıb. Onların hər ikisi Klinikaya yerləşdirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.