“Laçın da mənim kimi azadlığa çıxdı“ - Fədayə

Müğənni Fədayə Laçın Laçının düşməndən azad edilməsi barədə düşüncələrini bölüşüb.
"Gözlərimiz aydın olsun, Laçın da mənim kimi azadlığa çıxdı. Allah bütün bağlı qapıları açsın, İnşallah. Allahım, bu günləri bizə yaşatdığın üçün sənə təşəkkür edirəm, çox şükür. Məhəbbətin (müğənni Məhəbbət Kazımov - red.) və Laçın həsrəti ilə dünyadan köçənlərin ruhları şaddır. Bu qələbəmizi igid oğullarımıza, əsgərlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizə can sağlığı versin".