Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Addımlarımı hər zaman düşünüb atmışam" Tənqid edilən Şəbnəm

"Addımlarımı hər zaman düşünüb atmışam" Tənqid edilən Şəbnəm

"Addımlarımı hər zaman düşünüb atmışam" Tənqid edilən Şəbnəm
2021-01-03 , 10:27

Bir neçə gün əvvəl Moskvada konsert verən müğənni Şəbnəm Tovuzlu ünvanına səsləndirilən tənqidlərə cavab verib.

 
Yenilik.az axşam.az-a istinadən bildirir ki, sənətçi məsələ ilə bağlı bunları deyib:
 
"Addımlarımı hər zaman düşünüb atmışam. Vətənimə, xalqıma, şəhidimə sayqı göstərmişəm. Bu günlərdə həm ağladıq, həm sevindik. Unutmayın ki, mən Rusiyada verdiyim konsertdə bayrağımızı qaldırdım. Dekabrın 26-ı şəhidlərin 40-nın çıxmasını gözlədim. Hazırda Ağdamda konsert verən sənətkarlarımız var. Bunları da bilməyən yoxdur. Kanallarda Şam ağacı qurulub, konsertlər verilir. Açın gözünüzü yaxşı baxın. Bizləri qınamaqda birincisiniz, amma hər zaman kasıbın da yanında olub, əlini tutan biz ifaçılar olmuşuq.
 
Mən bilirəm nə edirəm. Şuşa, Laçın, Zəngilan, Ağdam alınan günü küçələrdə maşınlarda, eyvanlarda mahnılar qoyub, rəqs edənlər siz deyildiniz? Həmin an tabutlarda şəhidlər gedirdi. İndi iki ay keçib, qələbə qazanmışıq, əsgərlərimizin çoxu evinə yollanıb... Xalqımı sevən insanam, deyilənlərin çoxuna baş qoşmuram. Şəhid analarının əllərindən öpürəm".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.