“Ailə quracağım adam məni təmin edə bilməyəcək“

Tanınmış müğənni Ayan Babakişiyeva ailə həyatı qurmamasının səbəbini açıqlayıb.
“Tanınmış insanlar rahat həyata öyrəşib. Mən özüm tək başına ailəmə baxa bilirəm. Ailə quracağım adam məni təmin edə bilməyəcək deyə, ailə qurmuram. Onsuz özüm bu işin öhdəsindən gəlirəm”.
Müğənni daha sonra əlavə edib ki, tanınmış birisi olmasaydı, ailə qurardı.