Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Mənə varlı ər yox, uşağıma baxacaq ər lazımdır” – Pərvin

“Mənə varlı ər yox, uşağıma baxacaq ər lazımdır” – Pərvin

“Mənə varlı ər yox, uşağıma baxacaq ər lazımdır” – Pərvin
2021-01-22 , 18:06

Məşhur aktrisa Pərvin Abıyevanın "heç bir qız kasıb oğlana ərə getmək istəməz" sözləri ətrafında qalmaqal bitmək bilmir.

 
Pravda.az xəbər verir ki, sosial şəbəkədə tənqidlərə məruz qalan Pərvin Abıyev izləyicilərini sərt tənqid edib:
 
“Nə qədər "tupoy"sunuz. Mən milyonerə getmək istəyirəm? Olmayan beyninizi açın, diqqətlə baxın, nə deyirəm. Deyirəm ki, kişi ailəsini heç kimə möhtac etməməlidir. Kişi tində oturub, təsbeh fırladıb, gözləməməlidir ki, kimsə bunun evinə pul gətirsin, ya da arvad kiminsə evini təmizləyib yemək alsın.
 
Milyonçu olmayın, amma arvad-uşağınızı da heç kimə möhtac qoymayın. Ac qoyursunuzsa, cəhənnəmə qoyun! Mənim nə dediyimi anlayın!
 
Harada görmüsünüz, mən deyim k, varlıya ərə getmək istəyirəm. O cümləni mənə göstərin. Mən Allaha şükür, özüm üçün hər şey etmişəm, ev, avtomobil, karyera... Mənə varlı ər yox, uşağıma baxacaq ər lazımdır. Bəsdirin, bezdirdiniz, iyrəndirdiniz. Bu iyrənc söhbətləri bağlayın".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.