Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Manaf Ağayev banka olan borcumu ödəməyib“

“Manaf Ağayev banka olan borcumu ödəməyib“

“Manaf Ağayev banka olan borcumu ödəməyib“
2021-03-01 , 14:33

"Hamı banka olan borcumdan bəhs edir. Sosial şəbəkədə ağızlarına gələni yazırlar. Heç vicdanınız yoxdur? İnsanın həyatını bilmədən necə müzakirə edirsiniz?".


Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova deyib. Sənətçi kreditlə aldığı evinin ödənişini edə bilmədiyi üçün bankın mənzilini satışa çıxarması məsələsinə aydınlıq gətirib. O, müğənni Manaf Ağayevin onun evinin borcunu ödəməsi söhbətindən danışıb:
"Efirdə də demişəm ki, ehtiyacım yoxdur kimsə borcumu bağlasın. Əlim də, ayağım da var, çalışıb borcumu ödəyəcəm. Bir ildir iş yoxdur, ona görə bu durum yarandı. Yenə işlər başlayacaq, özüm qazanıb ödəyəcəm. Elə dostlarım var ki, istəsəm, borcumu bağlayıb, mənə bir neçə ev də alarlar. Amma buna razılaşmıram. Demişəm ki, mənə verdiyiniz pulu şəhid balalarına, imkanı olanlara verin.
Manaf Ağayevə gəldikdə isə, onun elə deməyi bəsdir. Amma qəbul etmirəm. Hətta Manaf bəy Tolikə zəng edib ki, Günel pulu götürmür. Sənə verim get banka ödə, çeki ver. Dedim ki, yox, olmaz. Niyə mənim borcumu Manaf Ağayev ödəməlidir?".
Günel ev məsələsini ictimailəşdirməsinin səbəbini açıqlayıb:
"Milyonlarla insan var ki, banklarla eyni problemi yaşayır. Bir ildir iş yoxdur, amma banklar güzəştə getmir. Günü-gündən faizləri artırır. Hər gün borcu olana faiz yükləmək nə deməkdir? Niyə intihar hadisələri hər gün artır? Pandemiyadan əvvəl hamımız ayağımızı yorğanımıza görə uzatmışıq. Biz bilmirdik ki, virus yayılacaq, karantin olacaq, iş yerləri bağlanacaq. Bunu bir çox vətəndaşın dilindən demişəm. Banklar insanları sıxışdırırlar. Bank sahibləri bunu nəzərə alsın".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.