Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Borcun içində batırlar“ - Tanınmış aparıcı

“Borcun içində batırlar“ - Tanınmış aparıcı

“Borcun içində batırlar“ - Tanınmış aparıcı
2021-03-01 , 15:42

“Tanıdığım adamlar, musiqiçilər var, bilirəm ki, maşınlarını, qızıllarını satıblar. Çox çətin vəziyyətə düşüblər”.


Yenisabah.az xəbər verir ki, bunu  tanınmış aparıcı Mikayıl Güləddinoğlu pandemiyanın sənət adamlarına vurduğu ziyandan danışarkən deyib.
Bir çox musiqiçilərin borca düşdüyünü deyən aparıcı özünün də maddi və mənəvi ziyana uğradığını bildirib:
“Həm də el şənliklərində iştirak edirdim, lakin pandemiyaya görə bir ildir ki, toylar təxirə salınıb, artıq el şənliklərinə qatılmıram. Bu da maddi cəhətdən mənə ziyan vurub. Maddi ziyan həm də mənəvi ziyan deməkdir. Çünki maddiyyat olmayanda, adamın əsəbləri korlanır. Əvvəlki qaydada olan o düzən, nizam pozulur. Nizam da pozulandan sonra istər-istəməz insan maddi və mənəvi ziyana məruz qalır.
Borcum, kreditim yox idi, şükür ki, borca da düşmədim. Dolanışıq əvvəlki kimi olmasa da, televiziyadan aldığım maaşımla dolana bildim, indi də dolanıram. Amma günü 10-20-30 manata işləyən musiqiçilər var ki, onların ağır durumuna acıyıram. Borcun içində batırlar. Tanıdığım adamlar, musiqiçilər var, bilirəm ki, maşınlarını, qızıllarını satıblar. Çox çətin vəziyyətə düşüblər”./Yenicag.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.