Yenilik.Az
www.YENILIK.Az » Maqazin » Tacir onu tənqid edən İlahəyə görün nələr dedi

Tacir onu tənqid edən İlahəyə görün nələr dedi

Tacir onu tənqid edən İlahəyə görün nələr dedi
2020-02-04 , 16:17

Xəbər verdiyimiz kimi, müğənni İlahə Fəda bir müddətdir qalmaqal yaşadığı həmkarı Tacir Şahmalıoğluna sərt sözlər ünvanlayıb. İlahə Fəda Tacirin onların ailəsinə zərbə vurduğunu bildirib. Xanım müğənni Tacirlə bağlı bəzi sirləri açıb deyə bilmədiyini söyləyib:
“Bu insanın, məxluqun bizim ailəmizə vurduğu zərərin illərdir altını çəkirik. Burda çox şey deyə bilərəm. Ürək süfrə deyil ki, açıb deyək. Bəzi şeyləri deyə bilmirəm, boğuluram”.

Yenisabah.az xəbər verir ki, “Xəzərə TV”də yayımlanan “Hər şey daxil” verilişində Tacir Şahmalıoğlu məsələyə aydınlıq gətirib. İfaçı xanım həmkarına belə cavab verib:“Biz 5 il Fədayə Laçınla eyni səhnəni bölüşmüşük. Demək olar, hər gün toyda idik. Mənim Allahım göydən bilir. Mən onlara nə qan uddura bilərəm? Onun anası, Fədayə xanım mənim qarşımı kəsir, həm də qadındır deyə bir şey deyə bilmirəm. O mənim vasitəmlə gündəmə gəlmək istəyir.

Biz Fədayə ilə demək olar ki, hər gün toylarda üz-üzə gəlirik. Bu belə də davam edəcək. Buradan İlahə xanıma səslənirəm: İstəyirsənsə, gəl yanıma, səni də Fədayə kimi öyrədim, sənətlə gəl gündəmə. Belə qalmaqalla gəlmə. Yaraşmır sənə, qadınlığına yaraşmır. Sən Azərbaycan qadınısıan, dağlar qızısan, yaraşmır sənə çıxıb efirdə mənim haqqımda pis-pis şeylər danışasan. O dediyi kimi əgər mən Fədayə xanıma ziyan vurmuşamsa, 60 faizdirsə, onun 20 faizini mənlikdir, 40 faizini İlahə özü vurub. O özü bilir mən nəyi deyirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.