Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Kamil Zeynallı: “İnsanları məcbur edirlər ki, vaksini vurdurmalısınız”

Kamil Zeynallı: “İnsanları məcbur edirlər ki, vaksini vurdurmalısınız”

Kamil Zeynallı: “İnsanları məcbur edirlər ki, vaksini vurdurmalısınız”
2021-06-07 , 15:29

Bir müddət əvvəl Operativ Qərargah bəzi yumşalmaların olacağını elan etdi. Əsas məqamlardan biri də odur ki, yumşalmalar zamanı COVID pasportu olanlar üstünlük qazanacaqlar. Mayın 31-dən yumşaldılan karantin qaydalarına görə, Azərbaycanda açıq havada maska məcburiyyəti aradan qaldırılıb, uzun müddətdir ki, işləməyən Bakı metrosu öz fəaliyyətini bərpa edib. Lakin idman zallarına maskasız getmək mümkün olsa da, Covid pasportu mütləq tələb olunacaq. Bu isə bəzi vətəndaşların narazılığına səbəb oldu. Bəziləri bu şərtlərin onları qane etmədiyini, şərtlərin yumşaldırmalı olduğunu tələb etdi. 


Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış fitness məşqçisi Kamil Zeynallı da iyunun 10-dan məşqlərə başlayacağını bildirib.

İdmançının fikrinə görə, insanlar vaksin vurdurmağa məcbur edilir:

“Mən özüm ayın 10-dan idmana başlayacağam, bu mütləqdir. Çünki idman üçün çox darıxmışam. İnsanları məcbur edirlər ki, vaksini vurdurmalısınız. Məcburiyyət yoxdur deyirlər, amma məcbur edirlər ki, vaksin vurdurun. “İdman etmək istəyirsənsə, get peyvənd olun, sonra et” deyilir. Nə edirsən et, vaksini vurdurub, sonra məşqə başlamalısan. Əvvəl demişdilər məcburiyyət olmayacaq, lakin indi baxıram ki, xeyr, məcburidir. Bu şərtlər məcburidir. Amma nə edə bilərik? Belə olmalıdır deyirlərsə, gərək edək. Özümüzdən qərarlar verə bilmirik, ona görə nə dedilərsə, o cür edəcəyəm. Bizim zalda da təbii ki, virusla əlaqədar müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Əvvəlki kimi olmayacaq, çox insan eyni anda məşq etməyəcək, basa-bas yaranmayacaq. Çalışacağıq ki, insan sıxlığı olmasın. Hər kəs qayda-qanunla gəlib məşq edəcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.