Yenilik.Az
www.Yenilik.Az » Maqazin » SON DƏQİQƏ: Məşhur xanım polis tərəfindən saxlanılıb?

SON DƏQİQƏ: Məşhur xanım polis tərəfindən saxlanılıb?

SON DƏQİQƏ: Məşhur xanım polis tərəfindən saxlanılıb?
2021-06-18 , 17:20

Şairə Nazilə Səfərli ilə tanınmış jurnalist Xoşqədəm Hidayətqızı arasında davam edən qalmaqala son qoyulub.

Axşam.z Bakupost.az-a istinadən xəbər verir ki, X.Hidayətqızının şikayəti əsasında Nizami rayon Polis İdarəsi tərəfindən axtarışda olan N.Səfərli bu gün saxlanılıb.

N.Səfərli məhkəmə qərarına uyğun olaraq 500 manat məbləğində cərimə olunub və bununla da onun üzərindən axtarış tədbirləri götürülüb.
N.Səfərli Axşam.az-a açıqlamasında məsələyə münasibət bildirib. O qeyd edib ki, heç bir cərimə ödəməyib:
"Bu xəbərdən məlumatsızam. 500 manat cərimə ödəməmişəm. Əgər həqiqətən də belə bir cərimə ödəməli olsam, qəbzi sizlər üçün paylaşaram. Məni çox önəmsədiyi və daim gündəmdə saxladığı üçün Xoşqədəmə minnətdaram".
​https://azerforum.com/az/share/7353/nazile-seferli-polis-terefinden-saxlanilib​​​

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.