64 yaşlı Zərrin Özərdən gözlənilməz qərar

64 yaşlı Zərrin Özərdən gözlənilməz qərar Türkiyəli məşhur müğənni Zərrin Özər karyerasını bitirib. 
Yenilik.az xəbər verir ki, bu barədə 64 yaşlı sənətçi sosial şəbəkədə məlumat verib.
“Bir neçə gün əvvəl öz istəyimlə karyeramı sonlandırdım. Pərəstişlarım üçün bildirim ki, səhhətim qaydasındadır. Səvənlərimə təşəkkürümü bildirirəm”, - deyə müğənni qərarını açıqlayıb.
Qeyd edək ki, Z.Özər “Son məktub”, “Kıyamam”, “Şimdi hayallerdesin”, “Her şey seninlə güzel”, “Paşa gönlüm” kimi mahnılarıyla məşhurlaşıb.

Geri qayıt