Şəbnəm avtomobilinin nömrəsini bəyənməyərək “KamAZ” nömrəsidir dedi - VİDEO

Şəbnəm avtomobilinin nömrəsini bəyənməyərək “KamAZ” nömrəsidir dedi - VİDEO Müğənni Şəbnəm Tovuzlunun avtomobil nömrəsi haqda dedikləri tənqid olunub. 
Yenilik.az ARB-də yayımlanan “Həmin Zaur” verilişində aparıcı Şəbnəmə maşın nömrəsi ilə bağlı sual verib. 
Şəbnəm isə “Hələ elə-belə nömrədir. Yadımda qalmır, “KamAZ” sürücülərinin nömrəsidir. “KamAZ” nömrəsidir” deyə cavab verib.
Zaur Kamal isə “Elə demə, sabah “KamAZ” sürücüləri üstünə düşər. Denən, canım qurban onlara” reaksiyasını verib.
Şəbnəm isə “Niyə başqasının kişisinə canım qurban olsun? Polislər saxlayır, deyir ki, niyə bu nömrə ilə sürürsünüz. İstəyirəm 77-SH-777 nömrəsi götürüm” deyərək, ona etiraz edib.
İfaçının bu sözləri sosial şəbəkələrdə paylaşılaraq tənqid edilib.


Geri qayıt