Natiq Dağlaroğlu toyda bıçaqlanıb

Natiq Dağlaroğlu toyda bıçaqlanıb Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb.
Yenilik.az xəbər verir ki, hadisə gecə saatlarında “Altun” restoranında baş verib.Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.

Geri qayıt