67 yaşlı kişi Nüşabəyə boşqabda 5 min dollar göndərib

67 yaşlı kişi Nüşabəyə boşqabda 5 min dollar göndərib “Yer üzündə iki nəfəri sevmişəm, Alla Puqaçova və səni”.
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nüşabə Musayeva “Tarix Əliyevlə Səmimi” verilişində deyib:
“Mənə dolların arasında nömrə göndərmişdi. Zəng vurub təşəkkür elədim. Yeməyə də dəvət etdi, getdim. Dedi ki, “Sizinlə üzbəüz yemək yemək ən böyük arzumdur”. Sonra dedi ki, yer üzündə iki nəfəri sevmişəm, Alla Puqaçova və sən. 67 yaşlı bu kişi heyranım boşqabda 5 min dollar göndərmişdi. Allah ona can sağlığı versin. Allah övladlarını saxlasın. Ayda-ildə bir dəfə zəng edib bayramlarda təbrik edir. Yutubda videolarıma olan baxış saylarını deyir”.

Geri qayıt