“O torpaqlarda selfi etmək hələ tezdir” - VIDEO

“O torpaqlarda selfi etmək hələ tezdir” - VIDEO “Son baş verənlər bir daha göstərdi ki, əgər siyasi baxımdan vacib deyilsə, o torpaqlarda şou göstərmək, selfi etmək hələ tezdir”.
Bu sözləri instaqramda meyxanaçı Namiq Qaraçuxurlu paylaşıb.
O, aylar əvvəl işğaldan azad olunmuş torpaqlara getməməsinin səbəbini açıqladığı müsahibəsini izləyiciləri ilə bölüşərək bu sözləri qeyd edib:
“Bəzi tədbirlər, beynəlxalq aləm üçün vacibdir, məcburuq. Bəzilərinə isə lüzum yoxdur. Əksinə həssas insanları qıcıqlandırmaqdan başqa bir şey deyil. Şəhid ailələrinə, onlar qədər yananlara səbir, yaralılarımıza şəfa diləyirəm”.

Geri qayıt