"Etdiyi şərəfsizliyə görə üzr istəsin" - VİDEO

Aparıcı Vüsalə Əlizadənin qarşısını öz avtomobili ilə tanımadığı şəxs kəsib.
Yenilik.az xəbər verir ki, Vüsalə bu barədə instaqramda məlumat verib.

“2 saat öncə şəhərdə tıxac əlindən addım atmaq olmur və yol açılır, hava limanı yoluna çıxıram. Birinci yoldan işarə edib yol almaq istəyirəm, görün başıma nə oyun açır, necə yolumu kəsir! Yolumu kəsməyi bəs deyil, əl-qol çıxarıb bağırır, təhqir edir! Avtomobildə tək olsaydım, mənə bu qədər təsir etməzdi. Anamı əməliyyatdan çıxarıb evə gətirirəm, ağrısı çox dəhşətlidir, dözə bilmir. Bu tərbiyəsiz kimdirsə yol hərəkəti qaydasını pozmağı bəs deyil, mənə də qəza şəraiti yaradır! Bu, məcbur olub telefonla çəkdiyim videonun az hissəsidir. Tam video avtomobilimdəki kamerada var... Çox rica edirəm, bu tərbiyəsizi tapıb tədbir görəsiniz və etdiyi şərəfsizliyə görə üzr istəsin! Ölkəmin polisinə güvənirəm,inanıram ki, şikayətimə tez bir zamanda baxılacaq”.
 
Geri qayıt