Ayan qızının doğum günü fotolarını paylaşdı

Ayan qızının doğum günü fotolarını paylaşdı Müğənni Ayan Babakişiyeva qızı Selena ilə obyektiv qarşısına keçib.
Yenilik.az xəbər verir ki, müğənni övladının ad günü olduğunu vurğulayıb. Şəkilləri izləyiciləri ilə bölüşən Ayan Selena ilə bağlı arzularını yazıb:
"Selena, səninlə keçən hər saniyə, sağlam dəqiqə üçün şükr edirəm. Dünyamız o qədər güvənsiz olub ki, artıq sabaha yox, heç bu günə güman yoxdur. Sənə hər zaman verdiyim bir söz var idi: Həmişə yanında olacağam. İndi isə bir söz deyirəm: Mənim ürəyimin yarısı, canımın parası, Allah səni, bütün balaları pis, vicdansız, mərhəmətsiz insanlardan qorusun, Tanrı səni gözəl bəndələri ilə qarşılaşdırsın, ağıllı qızım. Ürəyin necədirsə, bəxtin də o cür olsun. Sənə də bir söz verə bilərəm, canımda can olduqca, səni sevəcəyəm, qoruyacağam. Yaxşı ki, varsan, ad günün mübarək".
 





Geri qayıt