"Prezident mənə ev hədiyyə edib, təqaüd verir"

"Məni o qədər əzib, sındırmaq istədilər ki... Bir dəfə verilişə rəqsə hazırlaşırdım. 42 kiloqram çəkim var idi, xarici müğənniləri yamsılayırdım. Veriliş boyunca gözlərimi çəkib efirə verirdilər, bir gecənin içində məşhurlaşdım. Səhər küçəyə çıxanda hamı məndən danışırdı.
İndi qocalmışam, yaşlanmışam. Amma indi niyə məni qısqanırlar? Bizim vaxtımızda Xalq artistinə hörmət edirdilər. İndi xəyal etdiyim yerdə deyiləm. Sağ olsun ölkə başçısı, mənə qiymət verib: Xalq artistiyəm, Prezident təqaüdü alıram. Prezident ev hədiyyə edib. Amma bir aktrisa hər zaman narazıdırsa, deməli, yaratmağa nəsə var. Deyirlər, bəsdirin, indi cavanlar gəlib nəsə etsinlər. Gəlsinlər, amma onlar da bizdən öyrənirlər".