"Qadın nə qədər bəzənəcək, kişi yanında qalacaq"

Proqramda ekspert kimi oturan vəkil, Zülfiyyə Bayramova isə yaşanan bir hadisəni danışıb:
"Boşanmanı təbliğ etmək lazım deyil. Bu işin vəkili olmuşam. Xanım həyat yoldaşı ilə dalaşır, gəlir ata evinə. Atası deyir ki, getdiyin evdən meyidin çıxacaq. Qaytarıb qoyur evə. Qız yenə gəlir, ata aparır evə. Qız üçüncü dəfə dayısının evinə gedir. Dayı sahib çıxır. Ata gəlir ki, qızımın evini dağıdırsan, qaytar. Qaytarıb qoyur evə. Əri o qızı üç uşağının gözü önündə öldürməyə çalışanda qonşuları güclə xilas edib. İndi həmin şəxs yəqin ki, məni izləyir. Əgər o evdə kimsə qatil olacaqsa, elə əvvəldən boşansınlar".
"Bəziləri üçün xanımlar nəfs, bəziləri üçünsə nəfəsdir. Qadını sevən qadını da sevir" deyə, Xalq artisti Naibə Allahverdiyeva əlavə edib.