Mahsun Kırmızıgül Bakı konsertinin gəlirini zəlzələdən zərərçəkənlərə bağışlayacaq

"Zəlzələdə yaşadıqlarım, gördüklərim məni çox yaraladı. Azərbaycandakı konsertimə görə geri qayıtmağa məcburam. Əldə olunacaq bütün gəliri yardım üçün istifadə edəcəyəm. Sizi unutmayacağam, unutdurmayacağam" deyə, müğənni bildirib.
Qeyd edək ki, daha əvvəl fevralın 12-də Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan konsert zəlzələ səbəbindən təxirə salınmışdı.