"Space TV"dən Çingiz Əhmədov da getdi

Əməkdar artist Çingiz Əhmədov da "Space TV"dən gedib. 
Yenilik.az xəbər verir ki, aktyor bu haqda "Səhər mərkəzi" verilişində deyib. Aktyor bildirib ki, proqramı Günel Həsənzadə aparır:
"Beş ay fəaliyyət göstərdim və Günelə təhvil verdim. Abıra saldım, reytinqə mindirdim, sonra da verdim... Sentyabrdan tok-şouda olacağam".
Qeyd edək ki, Ç.Əhmədov sözügedən kanalda "Nuşi can" verilişinə aparıcılıq edirdi. 
Qeyd edək ki, fevralın 7-də əməkdar incəsənət xadimi Müşfiq Hətəmov "Space TV"nin direktoru vəzifəsindən gedib. Onun vəzifəsini kanalda "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin əvəz edir. Ondan sonra bir çox aparıcı kanaldan uzaqlaşıb. Kanalda bundan sonra yumor xarakterli proqramlar yayımlanacağı bildirilib. 


Geri qayıt