"Dedilər ki, guya məndə xərçəng var"

N.Allahverdiyeva illər sonra yenidən filmə çəkiləcəyini açıqlayıb:
"Qarşıdan yubileyim gəlir. Bu münasibətlə Nicat Kazımov tamaşa hazırlayır. Bir filmdə rol alacağam. Bir də tarixi serialda çəkiləcəyəm. 5 seriyadır. Görürəm oturmaqla bir şey çıxmaz. Oturdum ki, məni çağıracaqlar, çəkəcəklər. Amma yox... Sponsor Rusiyadandır, böyük məbləğ ayrılıb. Qonorar bizi qane edir. Biz də bu sənətdən qazanırıq".