Nərgiz Cəlilova AzTV-dən getdi

Nərgiz Cəlilova AzTV-dən getdi İlin əvvəlində əməkdar artist Nərgiz Cəlilovanın yeni proqramla efirə çıxacağı barədə xəbərlər yayılmışdı. “Sözəbaxan” adlı veriliş Azərbaycan Televiziyasında ekrana gələcəkdi.
Olay xəbər verir ki, son anda baş verən dəyişikliklə televiziya ulduzu AzTV-dəki işindən gedib. Proqramın sonrakı taleyi barədə isə hələ ki bir məlumat yoxdur. Nərgiz xanımın kanaldan getməsinə tərəflər arasındakı fikir ayrılıqları səbəb olub.
Hətta N.Cəlilova dövlət televiziyasının nəzdində fəaliyyət göstərən akademiyadakı fəaliyyətini də sonlandırıb.

Geri qayıt