Afaqın xəstəliyi bilindi

Afaqın xəstəliyi bilindi Səhhəti ilə bağlı efirdən uzaqlaşan aparıcı Afaq Gəncəlinin xəstəliyi bəlli olub.
Yenilik.az xəbər verir ki, bu barədə “Səhərin səsi” verilişinin aparıcısı Samir Bayramlı proqramda  onun zobdan əziyyət çəkdiyi deyib.
“Afaqla danışmışam. Zob xəstəliyindən əməliyyat keçirib. Bir ay ona çox danışmaq olmaz. Sentyabrdan yenə də işlərinin başına qayıdacaq”, - deyə, Samir qeyd edib.
Qeyd edək ki, bir müddət öncə A. Gəncəli açıqlama verərək səhhəti ilə bağlı “Səhər mərkəzi” verilişindən uzaqlaşdığını söyləmişdi. Onun yerinə isə efirə layihənin redaktoru Aysel Novruzova gəlib.

Geri qayıt