Aygün Kazımovadan örnək addım

Aygün Kazımovadan örnək addım Xalq artisti Aygün Kazımova örnək addımı ilə diqqət çəkib.
Yenilik.az xəbər verir ki, müğənni talassemiya xəstəliyindən əziyyət çəkən 9 yaşlı Dağnur üçün 1000 manat vəsait göndərib. Bu barədə aparıcı Lalə Azərtaş "Təsir Dairəsi" verilşində bildirib:
"Aygün Kazımova Novruz çəkilişləri üçün "Xəzər" televiziyasına gəlmişdi. Əməkdaşımızın onunla münasibəti var. Qonşu studiyada onunla danışarkən, körpənin vəziyyəti ilə bağlı Aygün xanıma məlumat verib. Dərhal çantasını açıb və əlinə gələn ilk min manatı zərfə qoyaraq Dağnur üçün göndərib. Əminəm ki, evdən hazırlıqlı gəlsəydi, daha çox yardım edərdi. Aygün Kazımovaya minnətdaram".





Geri qayıt